Aquapark



 

Copyright © "UGUR 97"
Designed by DreamArt

Нажмите, чтобы увеличить Нажмите, чтобы увеличить
Нажмите, чтобы увеличить Нажмите, чтобы увеличить
Click to enlarge the image Click to enlarge the image
Click to enlarge the image Click to enlarge the image
Click to enlarge the image Click to enlarge the image
Click to enlarge the image Click to enlarge the image

Логотип

Otel "Agua Park" Novxanı

Otel "Agua Park" Bakıdan 25 km. kənarda, Xəzər dənizinin sahilində, Novxanı bağları ərazisində yerləşir.

Otel

Otel "Agua Park" Avropa stilində tikilmiş 3 mərtəbəli kompleksdir. Otelin birinci mərtəbəsində Resepşn, 100 nəfərlik konfrans zalı, istirahət guşəsi və "Aqua Restoran" yerləşir. İkinci və üçüncü mərtəbələrdə isə iki nəfərlik bir otaqlı 43 istirahət otağı yerləşir. Beləki, 23 otaq eyvanlıdır və dənizə baxır, qalan 20 otaqın pəncərələri isə Novxanı bağlarına baxır. Otaqlar yüksək keyfiyyətli yataq otağı dəsti, duş kabina, televizor, kondisioner (isti, soyuq), soyuducu, telefonla təmin olunub.

Kotteclər

Bundan əlavə "Aqua Park" Ailəvi İstirahət Mərkəzində böyük ailələr üçün nəzərdə tutulmuş 16 ədəd iki mərtəbəli tam komfortlu koteclər də fəaliyyət göstərir. Hər bir kotecin bağlar və dəniz tərəfdən individual giriş qapısı var. Kotecin birinci mərtəbəsində böyük zal, yumşaq mebel, televizor, telefon, kondisioner (isti, soyuq), mətbəx və ayaq yolu yerləşir. Mətbəxdə mətbəx mebeli, stol, stul, soyuducu, bir sözlə evdar qadınların istədiyi yeməyi hazırlaması üçün hər bir şərait yaradılmışdır. İkinci mərtəbədə isə tanınmış firmaların istehsalı olan yataq mebelləri ilə təmin olunmuş iki nəfərlik kondisionerl iki yataq otağı və duş kabina yerləşir.

Otelimiz yay mövsümü ilə yanaşı digər mövsümlərdə də fəaliyyət göstərir. Yay mövsümündə oteldə qalan qonaqlar üçün "Aqua Park" kompleksinin hovuzlarından və digər əyləncələrdən istifadə pulsuzdur. Oteldə qalan qonaqların maraqlı istirahətini təşkil etmək üçün kompleksdə - böyük tennis kortu, voleybol və basketbol meydançası da tikilmişdir. Bundan əlavə kiçik tennis stolları, velosipedlər, uşaqlar üçün maşınlar da təşkil olunub.

Qış mövsümündə dincələn qonaqların maraqlı istirahəti üçün kompleksdə yeni sauna istifadəyə verilmiş, cakuzi, bilyard stolları da təşkil olunmuşdur. Müştərilərin aruzusuna uyğun olaraq dəniz kənarında atla gəzmək, balıqçılıq və s. əyləncələr də təşkil olunur.

"Agua Park" otelin kotteclərində qalmaq qiyməti 100-120$, nömrələrdə isə 40 $-dan başlayır.

Restoran

Pənjərələri yalnız dənizə baxan "Aqua Restoran" da Siz Avropa, Asiya və Milli mətbəxdən olan yeməklərdən dada bilər və həmçinin bardan geniş çeşiddə içkilər əldə edə bilərsiniz. Rahat atmosfer, gözəl servis və sərfəli qiymətlər Sizi razı salacaq. Qonaqların zövqünə görə "A-la-Jarte" yeməklər də hazırlanır. Bununla yanaşı restoranda banketlər, ad günləri, şou-konsertlər və digər tədbirlər də keçirilir. (menyu 10$-dan başlayır).

Konfrans zal

Kofransların, qonaqlıqların, treniniqlərin, kokteyllərin və qəbul mərasimlərinin keçirilməsi təşkil olunur. Oteldə qalmaqla yanaşı konfrans keçirmək istəyən təşkilatlar və müəssisələr üçün xüsusi endirimlər edilir, qonaqların hava limanında qarşılanması, otelə gətirilməsi, görməli və tarixi yerlərə aparılması da təşkil olunur. Oteldə qalan qruplara konfrans zalı və kofe-break pulsuz verilir.

Pulsuz Otaq

"Agua Park" oteldə pulsuz otaq əldə etmək kompaniyası: Bizim restoranda 300,000 manatdan artıq pul xərcləyən qonaqlarımıza hədiyyə olaraq bir gecəlik pulsuz otaq verilir.

Otel "Agua Park" Zövqlə yaşayanlar üçün!

Qiymət cədvəli
No NömrələrNomrələrin sayıQiyməti 3- dəfə yemək
1


2


3
Dənizə baxan, iki nəfərlik otaq

Novxanı bağlarına baxan, iki nəfərlik otaq

Ailə üçün iki mərtəbəli koteclər, (zal, mətbəx, 2 yataq otağı)
23


20


16

50$


10$


100$- 120$
10$


10$


10$

Bu qiymətlərə "Aqua Park"da atraksiondan və hovuzdan pulsuz istifadə də daxildir

Tel.: (994 12) 448-30-43
         (994 12) 448-13-13
Faks: (994 12) 448-30-30
Mob.: (994 50) 330-87-27