Aquapark



 

Copyright © "UGUR 97"
Designed by DreamArt

Нажмите, чтобы увеличить Нажмите, чтобы увеличить
Нажмите, чтобы увеличить Нажмите, чтобы увеличить
Нажмите, чтобы увеличить Нажмите, чтобы увеличить
Нажмите, чтобы увеличить Нажмите, чтобы увеличить
Нажмите, чтобы увеличить Нажмите, чтобы увеличить
Нажмите, чтобы увеличить Нажмите, чтобы увеличить

"AQVA PARK" ailəvi əyləncə-sağlamlıq kompleksi unudulmaz istirahət keçirmək arzu edənləri dəvət edir. Bununla birlikdə sağlamlığınızın bərpasını təmin edir, yorğunluğun və əsəb gərginliyinin aradan qaldırılmasına imkan verir. "AQVA PARK" şəhərimizdə nadir yerlərdən biridir ki, bir dəfə baş çəkməklə, Siz, yenə ora qayıdacaqsınız.

Kompleksin ikinci mərtəbəsində yerləşən restoranında, Siz, milli və avropa mətbəxinin xörəklərindən dada bilərsiniz.

Saunaya baş çəkməklə bədəniniz dincələcək. Qiymətli ağac növlərindən işlənmiş sauna - ən çox baş çəkilən və sevilən yerdir.

Kompleksdə böyüklər və uşaqlar üçün çox gözəl çarhovuzlar və su təpələri vardır. Su təpələrindən sürüşmək uşaqlara unudulmaz təsir bağışlayacaq.

Həmçinin, cəsarət sahibləri "Drakula" vahimə otağına baş çəkə bilərlər.

Kompyuter oyunları həvəskarları üçün müasir oyun aparatları ilə təchiz edilmiş zalı təklif edirik.

Peşakar məşqçi, müasir trenajorlarla təchiz edilmiş idman zalı da Sizlərə təqdim edilir. Əziz xanımlar, Siz bizim gözəllik salonunun xidmətlərindən istifadə edə bilərsiniz, uşaqlarınız isə uşaq otağında tərbiyyəçinin nəzarəti altında əylənə bilərlər.

Əgər Siz, işgüzar həyatınızın gərginliyindən, şəhərin səs-küyündən yorulmusunuzsa və boşluqdan kənar olmaq istəyirsinizsə, şəhərimizdəki "AQVA PARK" ailəvi əyləncə-sağlamlıq kompleksindən daha da yaxşı yer tapmayacaqsınız.

Baki şəh. R.Behbudov küç. 59
Tel.: (994 12) 447 03 03