Copyright © "UGUR 97"
Designed by DreamArt

Hazır binalar
Hazır binalar.

Tikilən binalar
Tikilən binalar.

Planlaşdırılan binalar
Planlaşdırılan binalar

Planlaşdırılan binalar
Planlaşdırılan binalar

Bu bölmədə "Uğur-97" şirkəti tərəfindən tikilmiş binalar təqdim olunub.

Mənzil, əsasən üzü ağardılmamış, sadə işlənmiş, yada kiçik miqdarda olaraq naxış işləri ilə bəzədilmiş halda satılır. Mənzillərin hazır olmasının dərəcəsindən asılı olaraq qiymətlərdə dəyişir. Şirkət tərəfindən təqdim olunan ilkin göstəricilər - elektrik şəbəkəsi ilə təmin olunmuş malalanmış divarlar (hündürlüyü 3,2 m), isti və soyuq su təchizatı ilə təmin olunmuş istilik sistemi, seyf qapı, PVX (polivinilxlorid) pəncərələr. Ona görədə, istək və maddi imkanlardan asılı olaraq, bəzəksiz və sadə planlaşdırılmış mənzillərdə almaq olar, yəni daxili arakəsmələrin olmaması, Sizə mənzilin otaqlara bölunməsini öz zövqünüzə uyğyn yerinə yetirməyi imkan verir. Əlavə xidmətlərin sırasında evlərin 24 saat ərzində mühafizəsinin təmin olunması, elektrik generatorlarının olması, hər binada iki və ya üç dənə quraşdırılmış daima işləyən liftləri, zibilin gündəlik daşınmasını da sadalamaq olar. Hər binanın sonuncu mərtəbəsində iri həcmli su bakları quraşdırılmışdır, buda istilik sistemi ilə birlikdə 24 saat ərzində isti və soyuq suyun olmasını təmin edir. Binaların hamısı qabaqcıl avropa firmalarının mühəndis avadanlıqları ilə təchiz olunmuşdur.

Mənzili kreditə almaq barədə yaranan suallara cavab olaraq qeyd etmək lazımdır ki, şirkətin hal-hazırda bu cür təklifə marağı yoxdur. Sadəcə, tələb təklifdən yüksəkdir və müştərilərin 70% mənzilin tam qiymətini bir dəfəyə ödəyirlər. Ancaq onuda qeyd etmək lazımdır ki, şirkətlə razılaşma əsasında mənzillərin dəyərinin, tikinti işlərinin aparıldığı zaman hissə-hissə ödənilməsi mümkündür (hər bir evin tikilişi 8 aydan 12 aya kimidir). Əgər Siz mənzilin dəyərinin tam məbləğini tikinti işlərinin başlanğıcında ödəsəniz - mənzil Sizə daha ucuz başa gələcək.